Mahmud Əhmədinejadla bağlı şok iddia

2 May 2013 14:48 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejadın İnqilab Gözətçiləri tərəfindən yeddi saat nəzarətdə tutulduğu iddia edilib. Movqe.az ABŞ xəbər saytı "WND.com"a istinadən xəbər verir ki, İnqilab Gözətçiləri, İslami rejimə zərər verəcək gizli məlumatları ifşa etməklə təqsirləndirdiyi Əhmədinejadı səssiz qalmaq mövzusunda xəbərdar edib. 26-cı Beynəlxalq Kitab Sərgisi üçün Tehranda olan Əhmədinejadın mühafizəçilərinin yolunu kəsən İnqilab Gözətçilərinin İran Prezidentini Xarici işlər nazirliyinə aid gizli bir binada sorğuya çəkdiyi iddia edilib. İnqilab Gözətçilərinin lideri Husein Taebin ofisinin olduğu binaya gətirilən Əhmədinejad 7 saat müddətində Taeb tərəfindən sorğuya çəkilib. Sorğuda Əhmedinejadla birlikdə İranın dini lideri Ayətullah Xameneyinin kəşfiyyat məsulu Asghar Hecazi; Hamneyin oğlu Muctaba Xameneyi və Baş prokuror Golan Huseyin Muhsininin də olduğu iddialar arasında yer alıb.