Yeni ölümcül virus yayılır

2 May 2013 15:40 (UTC+04:00)

Səudiyyə Ərəbistanda SARS (ağır kəskin tənəffüs yolunun qeyri-kafiliyi sindromu) xəstəliyinə bənzər simptomlara səbəb olan "corona" virusu səbəbiylə 5 adamın öldüyü bildirilib. Movqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistan Sağlamlıq Nazirliyindən edilən şərhdə, Əl-Hasa bölgəsində "corona" virusu diaqnozu qoyulan 7 nəfərdən 5-inin dünyasını dəyişdikləri xəbəri verilib. Şərhdə, virusun yayılmaması üçün lazımlı tədbirlərin alındığı qeyd edilib. "Corona" virusu, ilk dəfə keçən il Yaxın Şərqdə təsbit edilmiş və virusa yoluxan kəslərin Qatar, Səudiyyə Ərəbistan, İordaniya və Pakistana getdiyi bildirilib. Xatırladaq ki, 2003-cü ildə daha çox Asiya qitəsində görülən qısa davamlı SARS epidemiyasında 800-dən çox adam ölmüşdü.