Üz nəqlindən sonra ilk dəfə görüntüləndi
2 May 2013 15:22 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-da
fevral ayında üz nəqli əməliyyatı
keçirən Karmen Bland Tarleton
ilk dəfə mətbuat qarşısına çıxıb.
O, Bostonda təşkil edilən
mətbuat konfransında, özünü
zehni və emosional baxımdan daha
yaxşı hiss etdiyini bildirib.
Yaşadıqlarını 6 il əvvəl xəyal
belə edə bilməyəcəyini dilə
gətirən Tarleton təcrübələrini, öz ağrılarından
qaçmaq məqsədiylə içlərində
güc tapmaları üçün,
başqaları ilə bölüşmək istədiyini
söyləyib. İki uşaq
anası, köhnə tibb bacısı
44 yaşındakı Tarleton, 2007-ci ildə başqa
bir kişiylə görüşdüyündən
şübhələnən keçmiş həyat yoldaşı
Herbert Rodgersin hücumuna məruaz
qalmışdı. Rodgers, çubuqla döydüyü
Tarletonun üzərinə güclü kimyəvi
maddə ehtiva edən paltar sodası
tökmüşdü. Qadının bədəninin
80 faizi yanmış və kor
olmuşdu. Bostondakı
xəstəxanada 15 saatdan
uzun sürən üz nəqli
əməliyyatında 30-dan çox
cərrah, anestezi
mütəxəssisi və tibb bacısı vəzifə
görürdü.