Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) VII İnternet İdarəçilik Forumunda (İİF) nazirliyin aidiyyəti qurumlarını təmsil etmiş əməkdaşların bir qrupu ilə görüş keçirilib.
Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə ötən ilin 6-9 noyabr tarixlərində ölkəmizdə keçirilmiş foruma həm daxili, həm də beynəlxalq səviyyədə marağın böyük olduğunu xatırladaraq, tədbirə gözləniləndən də artıq könüllülərin cəlb olunduğunu vurğulayıb.
Nazir müavini tədbirin ölkəmiz, eyni zamanda bütün iştirakçılar üçün səmərəli keçməsini vurğulayaraq İİF-in yüksək səviyyədə təşkilində nümayiş etdirdiyi birgə səy və həmrəyliyə görə bütün təşkilatçı və iştirakçılara minnətdarlığını ifadə edib və onların fikirlərini öyrənib. Daha sonra İİF-də fəal iştirakına görə RİTN əməkdaşlarının bir qrupuna sertifikat təqdim edilib.