Pomadalarda xəstəlik təhlükəsi var

2 May 2013 16:20 (UTC+04:00)

Kosmetika məhsulların içərisində olan yüksək dozada zəhərli maddə, ağciyər və mədə xərçənginə səbəb ola bilər. Movqe.Az-ın məlumatına görə, yeni bir araşdırma gündəlik həyatda istifadə edilən pomada və dodaq parladıcılarının içində bir çox zəhərli kimyəvi maddəyə rast gəlindiyini məlum edib. Kosmetik məhsulları tez-tez istifadə edən qadınlar, tərkibindəki yüksək dozadakı "kroma" məruz qalaraq ağciyər və mədə xərçənginə yol verirlər. Araşdırmaçılar, bəzi rəngli pomada və dodaq parladıcılarında alüminium və manqan olduğunu bildiriblər. Araşdırmalar, alüminiumun alçheimerə səbəb olduğunu, manqanın isə əhvalda ani dəyişikliklərə və yaddaşa təsir etdiyini irəli sürür. Araşdırmada, Kaliforniya Universitetində oxuyan bir qrup qız şagirddən çantalarında və evdə istifadə etdikləri pomadaların markaları istənib. Daha sonra bu markaların tərkibi araşdırma altına alınıb. Seçilən 32 pomada və parladıcı markasından 10-dan çox miqdarda xrom tapılıb. "Environmental Health Perspectives" jurnalında nəşr olunan araşdırma, gündə orta hesabla 8 dəfə bu məhsulların tətbiqi, qadınların yüksək miqdarda alüminium və manqanın maddələrinə məruz qaldığını bildirib. Araşdırmanı icra edən Katerin Hammond, bu maddələrin məhsullarda çıxmasının problem olmadığını, ancaq yüksək miqdarda olduğu təqdirdə təhlükə yaratdığını açıqlayıb. Hammond, "Zəhərli metallar bəzi məhsullarda çox çıxır. Bu da qadın sağlamlığına uzunmüddətli təsir edə bilər" deyib. Araşdırmaçılar, qadınları həyəcanlandırmaq yox, yalnız istifadə etdikləri məhsullar haqqında məlumatlandırmaq istədiklərini qeyd ediblər.