Antibiotiklər piyləşməyə səbəb olur

2 May 2012 21:54 (UTC+04:00)
İltihab əleyhinə istifadə olunan antibiotiklər piyləşməyə səbəb olur. Bu haqda Movqe.Az-a həkim-terapevt Nəcibə Axundzadə xəbər verdi.

"Antibiotiklərdən çox istifadə etmək, heç bir kəsə məsləhət deyil. Əks halda antibiotiklər nəyin ki, kökəlməyə həmdə piylənməyə səbəb ola bilər.

Adətən soyuqdəymələrdə və iltihab əleyhinə antibiotiklərdən istifadə edirlər. Lakin bir çoxları bilmirlər ki, antibiotiklər insan orqanizmində müəyyən dəyişikliklərə səbəb ola bilər. İlk növbədə həzim sistemini sıradan çıxardır. Bu isə olduqca təhlükəlidir.

Yaxşı olardı ki, insanlar antibiotiklərdən istifadəni minimuma endirsinlər", - N.Axundzadə dedi.

Türkan Nadirqızı

Movqe.Az