Əli Kərimlinin fiaskosu

1 Mart 2019 09:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən anım tədbirində AXCP sədri Əli Kərimlinin Ata Abdullayev adlı ölkə vətəndaşına münasibətdə sərgilədiyi qeyri-etik davranış fonunda insident baş verib. Belə ki, həmin vətəndaş Əli Kərimliyə yaxınlaşaraq, Prezidentin oğlunun hərbi xidmətdə olduğunu, ancaq AXCP sədrinin oğlunun hərbi xidmət keçmək əvəzinə fərarilik edərək xaricdə kef çəkdiyini dilə gətirib. Bunun əvəzində suala normal müstəvidə cavab vermək əvəzinə Ə.Kərimli həmin ölkə vətəndaşını təhqir edib. Əslində bu hal onun göstəricisidir ki, AXCP sədri cəmiyyət tərəfindən qəbul edilmir, əksinə rədd edilir.

Əli Kərimlinin Xocalı faciəsinin ildönümündə fiaskosu, onun cəmiyyət tərəfindən rədd edilməsi nəyin göstəricisdir?

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, AXCP sədrinin cəmiyyət tərəfindən rədd edilməsi onun bu günə qədər yürütdüyü xalqa və dövlətə zidd siyasətindən qaynaqlanır: “Siyasətçilərin, xüsusən də özlərini lider adlandıran siyasətçilərin həyat və fəaliyyəti şəffaf olmalıdır. Cəmiyyət onların kim olduğunu, nə ilə yaşadıqları. Hansı vəsaitlər hesabına dolandıqlarını bilməlidir.  Ümumiyyətlə, vətəndaşın küçədə hər hansı bir siyasətçiyə yaxınlaşıb, ona sual verməsi, hətta qıcıqlandırıcı suallar verməyə haqqı vardır. Çünki vətəndaş hər şeyi bilməlidir. Məhz Azərbaycan ona görə demokratik hüquqi dövlətdir ki, siyasətçilər mətbuata açıq olduğu kimi, eyni zamanda hər bir vətəndaşa da açıq olmalıdırlar. Onlar hər bir vətəndaşın suallarına cavab verməli, onları maraqlandıran məsələlərə aydınlıq gətirməlidirlər.

 Xocalı soyqırımının ildönümü üzrə anım tədbirindəki kadrlardan da göründüyü kimi radikal müxalifətin lideri Əli Kərimli özünə ünvanlanan suala aydınlıq gətirmək əvəzinə, ətrafındakı cangüdənlər vətəndaşın üzərinə gedərək onu kənara itələyiblər. Əslində isə özünü siyasətçi hesab edən, demokratiya və insan haqlarını əlində bayraq edən siyasətçi belə məsələlərdə olduqca həssas olmalı, vətəndaşların suallarını cavablandırmalı, onlarla ünsiyyət qurmağı bacarmalıdır. Lakin sözügedən kadrlarda bunun əksini gördük, Əli Kərimli insanlardan qaçırdı. Hansı ki, həmin vətəndaş həm də seçicidir. Siyasıtçi isə seçicidən qaçmamalıdır. Düşünürəm ki, Əli Kərimlinin deməyə sözləri yoxdur.   Özünü radikal müxalifət partiyasının lideri hesab edən insanların arxasnda demək olar ki, elektorat qalmayıb. Onlar cəmiyyət tərəfindən heç bir dəstəyə malik deyillər. Bu dəstəkdən məhrum olublar.

Ətraflarında yaxın dostları, qohum əqrəbalarından başqa demək olar ki, heç kim yoxdur. Onlardan başqa bir siyasi fəaliyyət gözləmək də mümkün deyil. Belələrinin 10-15 il əvvəl olduğu kimi yenuidən siyasi həyata qayıtmaq şansları da yoxdur. Gen-bol bəyanatlar və müsahibələr vermək siaysi fəaliyyət deyil. Siyasi fəaliyyət tamamilə başqadır. Onun nə olduğunu bilmirlərsə, açıb siyasi nəzəriyyələrlə tanış olsun və siyasi fəaliyyətin necə olduğunu, onu necə təşkil etmək lazım gəldiyini görsünlər. Onun mahiyyəti nədən ibarətdir, siyasi fəaliyyət cəmiyyətə nə verə bilər, bunlar barədə də düşünsələr yaxşıdır. Lakin radikallar uzun illərdir siyasətdə olsalar da, amma normal siyasi fəaliyyət göstərməkdən qat-qat uzaqdırlar.  Onların fəaliyyəti ümumiyyətlə qətiyyən siyasətlə əlaqəli deyil. Cəmiyyətə normal mesaj və çağırışlar verə, alternativ proqramlar təqdim edə bilmirlərsə,  hər şeyi qara rəngdə görürlərsə, bunların siyasətlə heç bir əlaqəsi yoxdur. Anım tədbirində baş verən hadisə də Əli Kərimlinin cəmiyyət tərəfindən boykot və rədd edilməsinin bariz nümunəsidir. Hər hansı bir vətəndaş yaxınlaşıb suallara cavab istəyirsə, lakin qarşı tərəfdə olan siyasətçi ona aydınlıq gətirməkdən qaşırsa, deməli həmin siyasətçi cəmiyyət tərəfibndən rədd ediləndir. Radikallaırn hazırkı fəaliyyətlərini əslində siyasətlə bağlamaq düzgün deyil. Onlar sözün həqiqi mənasında özlərini siyasətçi hesab edirsə, ilk növbədə bu illər ərzində buraxdıqları səhvləri müzakirə edərək, ondan hansısa bir nəticələr çıxarmalı və nəticənin aradan qaldırılması üçün proqramlar hazırlamalı idilər. Amma bütün bunların heç biri yoxdur. Ötən illər ərzində radikallar bütün mərhələdən olan seçkiləri uduza-uduza gəliblər. Lakin səhvlərini etiraf etmir, niyə uduzduqlarının siyasi qiymətlərini vermirlər. Vaxtilə hakimyyətə gələndə onlar cəmiyyətə böyük mesajlar vermişdi. Amma o vədlər də yerinə yetirilməyib. Cəmiyyətimiz də bütün bu suallara cavab axtarır. Əvəzində radikal müxalifətin liderləri tərəfindən vətəndaşların onlara ünvanladığı  həmin suallara verilən cavabı görmədikdə isə, özlərini lider adlandıran bu şəxsləri də rədd edir, onlardan üz döndərirlər”.

R. SULTANOV