Fövqəladə hallar nazirliyinin mətbuat xidmətinə yeni katib təyin olunub

1 Mart 2019 12:25 (UTC+04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni mətbuat katibi təyin edib.

Movqe.az Modern.az-a istinadən xəbər verir ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Yahya Babanlı Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi təyin edilib.

Qeyd edək ki, Yahya Babanlı "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi olub. O, bir müddət öncə öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi vəzifəsi neçə müddət idi boş idi.