Bu günün hava şəraiti

3 May 2013 11:06 (UTC+04:00)

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcəyədək isti olacağı gözlənilir. 


Azərbaycanın rayonlarında mayın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcəyədək isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında mayın 05-dək gözlənilən sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.