Prezident İlham Əliyev Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sənədləri təsdiqləyib

1 Mart 2019 15:33 (UTC+04:00)

 Azərbaycan Prezidenti İlham Əliyev “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” sazişə Sərhəd orqanları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokol təsdiq ediməsi haqqında qanunu imzalayıb.

Movqe.az xəbər verir ki, dövlət başçısı “2010-cu il 18 noyabr tarixli “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Protokolu da təsdiq edib.