"Arxamca danışıb, ölümümü arzulayanlar..." - Flora Kərimova

1 Mart 2019 22:06 (UTC+04:00)

Bir neçə gündür xalq artisti Flora Kərimovanın səhhətinin pis olması ilə bağlı məlumatlar yayılıb. 

Axşam.az-ın məlumatına görə, müğənni "Şou news"a açıqlamasında bildirib ki, çoxları onun ölümünü arzulayır:

"78 yaşım var, mənim qazancımdır. Mənim arxamca danışan, ölümümü istəyən, arzulayanlar, demirəm istəyinə çatmayacaq. Allahın qismətidir. Mənim qədər yaşasınlar. Mənə olan rəğbəti, məhəbbəti, münasibəti qazansınlar, sonra nəsə arzu etsinlər".