Mehman Hüseynov azadlığa buraxılıb-VİDEO

2 Mart 2019 11:38 (UTC+04:00)

Həbsdə olan bloqer Mehman Hüseynov azadlığa çıxıb. 

Movqe.az xəbər verir ki,  M.Hüseynov bu gün cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxılıb. 

Mehman həbsdən çıxan kimi anası Firəngiz Hüseynovanın və 14 il əvvəl martın 2-də qətlə yetirilən jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdə idi. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi.