Yevlaxda avtomobil yolayrıcına çırpılıb, xəsarət alan var

3 Mart 2019 18:00 (UTC+04:00)

Yevlax-Bəhrəmtəpə avtomobil yolunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, Binəqədi rayon sakini, 1966-cı il təvəllüdlü Elşən Qarayevin idarə etdiyi, "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq öncə yolayrıcı metal maneəyə, daha sonra yaxınlıqdakı dəmir yolu xəttinin kənarındakı metal maneələrə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Yevlax rayonunda motosiklet aşıb, sürücü yaralanıb.