Göyçayda yanğın olub, ölən və yaralanan var

4 Mart 2019 09:30 (UTC+04:00)

 Göyçay rayonunda ölümlə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. 
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.