Bu gün Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniyanın XİN başçıları görüşəcək

4 Mart 2019 10:30 (UTC+04:00)

Bu gün Buxarest şəhərində Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Movqe.az xəbər verir ki, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovtoplantıda iştirak edəcək. 

Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.