9-cu sinif buraxılış imtahanında səhv-DİM açıqlama verdi

4 Mart 2019 11:01 (UTC+04:00)

"Dünən, yəni martın 3-ü Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 37434 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib".

Movqe.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, imtahanda şagirdlərlə təqdim olunan sual kitabçasında yanlışlıq olub:

"İmtahanda şagirdlərə təqdim olunan "G" variantlı sual kitabçasında Riyaziyyat fənnindən situasiya tipli test tapşırıqlarının şərti olmayıb. Yəni, şagirdlər şərti olmayan test tapşırıqlarına cavab yazıblar. İnşallah, yoxlayan markerlə də cavablar üst-üstə düşər". 

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Movqe.az-a açıqlamasında imtahan prosesində belə bir hadisənin texniki səbəbdən baş verdiyini, lakin dərhal aradan qaldırıldığını söyləyib: " Azərbaycan bölməsi üzrə “G” variantı bir sıra sual kitabçasında 43-45 saylı situasiya tipli tapşırıqların şərtində texniki problem - çap qüsuru olmuşdur. İmtahana gəlməyən şagirdlərin sual kitabçalarından istifadə olunmaqla məsələ yerində həll olunmuşdur.
Qeyd edək ki, bu imtahanda sual kitabçaları 8 variantda Azərbaycan və rus dillərində hazırlanır".

 

Zülfiyyə QULUYEVA