Prezident İlham Əliyev Gəncədə abadlıq-quruculuq işlərinə maliyyə vəsaiti ayırıb

4 Mart 2019 12:29 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin Mətbuat ximətindən Movqe.az-a məlumat verilib.

Sərəncama əsasən Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11,0 (on bir) milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4,0 (dörd) milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1,0 (bir) milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6,0 (altı) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.