Azərbaycan və Hindistan xarici işlər nazirləri arasında görüş keçirilib

3 May 2013 13:55 (UTC+04:00)


Hindistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Şri Salman Xurşidlə görüş keçirib. Mövqe.az-ın məlumatına  görə, təkbətək və geniş tərkibdə keçirilmiş görüşlərdə ikitərəfli əlaqələrin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub.

 

Mayın 5-də başa çatacaq səfər zamanı rəsmi sənədlərin imzalanması gözlənilir. Sənədlərin imzalanması bu gün olacaq. E. Məmmədyarov daha sonra Şri-Lankaya gedəcək.