"MİRAS" məktəbliləri teatrla görüşdürür

3 May 2013 13:33 (UTC+04:00)


Mövqe.az-ın məlumatına görə, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimi Birliyinin  Uşaq və Gənclərlə iş şöbəsi uşaqlar üçün növbəti maraqlı tədbirini Ağsu rayonunda gerçəkləşdirir. Bu dəfə Ağsu məktəblilərini Bakı Uşaq Teatrı ilə görüşdürmək qərara alınıb. 

Belə ki, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimi Birliyinin və Bakı Uşaq Teatrının əməkdaşlığı ilə 4 may 2013-cü ildə Ağsu şəhər Mədəniyyət Evində tamaşaçılar Bakı Uşaq Teatrının yaradıcı heyəti ilə görüşəcəklər. 

Birliyin Uşaq və Gənclərlə İş Şöbəsinin müdiri Nicat Nuriyevin verdiyi məlumata görə, məktəblilərə teatrın aktyorlarının ifasında "Şrek və dostları" adlı nağıl-tamaşa nümayiş olunacaq. Tamaşa kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulub.