Azərbaycanda yeni medal təsis edilir

5 Mart 2019 14:10 (UTC+04:00)

Azərbaycanda yeni medal təsis edilir.

Movqe.az-ın  məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.Belə ki, "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

Təklif səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.