Gömrükçülər avtomobildə narkotik vasitə aşkarlayıb

5 Mart 2019 16:42 (UTC+04:00)

Gömrükçülər avtomobildə narkotik vasitə aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Movqe.az-a bildirilib ki, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Honda” markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. Bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan edilən hər hansı bir predmetin olmadığını bildirib. Bundan sonra nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı minik maşınının ön oturacaqlarının arasındakı sandıqçada gömrük orqanına bəyan olunmayan bir ədəd kağız bükülüdə 0,8 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.