Qadın piyadanı avtomobil vurub öldürdü

5 Mart 2019 17:00 (UTC+04:00)
Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat xidmətindən verilən məlumata görə, martın 4-də saat 19 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində Ağdam rayon sakini C.Allahverdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakini S.Əsədovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.