AFFA-da danışılmış oyunlarla bağlı görüş keçirildi

5 Mart 2019 18:54 (UTC+04:00)

AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib.

Movqe.az xəbər verir ki, görüşdə UEFA nümayəndələri Graham Peaker və Massimilano Michenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər Komitəsinin əməkdaşları, Topaz Premyer Liqası və I divizionda çıxış edən klubların nümayəndələri iştirak ediblər. 

UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.