Ötən il 6 hakimin səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri isə aşağı işə keçirilib - HESABAT

5 Mart 2019 18:46 (UTC+04:00)

Ötən il Azərbaycanda vətəndaşların haqlı narazılıqlarını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri isə aşağı işə keçirilib.

Movqe.az Report-a istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə ardıcıl tədbirlər görülüb. Bu zaman hakimlərin fəaliyyətlərinin prinsipial qiymətləndirilməsinə xüsusi diqqət yetirilib. Beləliklə, səlahiyyət müddəti bitmiş 71 hakimin və 7 məhkəmə sədrinin fəaliyyəti qiymətləndirilib.