“Gənc Sahibkarlar Klubu “ gənclərin işlə təmin olunmalarına yardımçı olacaq

6 Mart 2019 11:23 (UTC+04:00)

Respublika Gənclər Mərkəzi İctimai Birliyinin idarə heyətinin qərarı ilə yaradılmış olan “Gənc Sahibkarlar Klubu “ 30 Yanvar 2019-cu ildə  “2 Fevral Gənclər Günü” ərəfəsində Pullman Hoteldə keçirilən təntənəli mərəsimlə ictimaiyyətə təqdim edilmişdir. Təqdimat mərasimində idarə heyətinin qərarı qonaqlara səsləndirilmiş və  Anar Sarıyev “Gənc Sahibkarlar Klubun” kordinatoru kimi təsdiqlənmişdir.
 Klubumuzun məqsədi  ölkəmizdə aparılan uğurlu iqtisadi-sosial prosseslerdə  yaxından iştirak etmək gənclərin sahibkarlığ fəaliyyətində  onların hüquqi maarifləndirilməsinə yardımçı olmaqdır. Xüsusi ilə gənc fermerlərin kiçik və orta sahubkarlıqla məşğul olan gənc işadamlarının  həyata keçirəcəyimiz ictimai-sosial layihələrdə yaxından iştirakını təmin edəcəyik. Müvafiq dövlət qurumları ilə həmçinin ixtisas və peşə təhsil mərkəzləri ilə qarşılıqlı memarandumlar imzalayib orada təhsil alan gənclərimizin praktik iş təcrübəsinə və gələcəkdə işlə təmin olunmalarına yardımçı olacayıq. Həmçinin qeyd etmək istəyirik ki il ərzində müxtəlif səpkili istər iqtisadi istərsədə sosial yönümlü bir çox layihələrə imza atmağı düşünürk.
 Sahibkarlar klubu olaraq beynalxaq əlaqələrin inkişafında maraqlıyiq və bu sahədə istər ölkəmizdə istərsədə ölkə xaricində təşkil olunacaq biznes forumlarda və iqtisadi görüşlərdə təmsil olunmağı düşünür ölkəmizin iqtisadi maraqlarını uğurla təmsil edəcəyimizə inanırıq.
   Məqsədimiz  ölkə iqtisadiyyatın inkişafına xüsusi ilə sahibkarlıq fəaliyyətinin dahada möhkəmlənməsinə xidmət etməkdir.