90 günlük müalicə üçün 270 paltar

3 May 2013 16:49 (UTC+04:00)

Amerikalı aktrisa Lindsey Lohan, keçən il törətdiyi yol qəzasıyla əlaqədar polisə yalan söylədiyinə görə aldığı 90 günlük reabilitasiya cəzasını çəkmək üçün Kalifornia əyalətindəki mərkəzə gedib. Movqe.Az-ın məlumatına görə,  26 yaşındakı aktrisa 90 gün üçün yanına 270 paltar alıb. Ancaq Lohan boş yerə əziyyət çəkib. Çünki mərkəzə yalnız 7 paltar aparılmasına icazə verilir.