Təhsil Nazirliyi: “Kənan Quliyev öz ərizəsi ilə işdən çıxıb, insanları ləkələməyin”

6 Mart 2019 14:21 (UTC+04:00)

Təhsil naziri Ceyhun Bayramovun şöbə müdirini işdən çıxardığı barədə məlumat yayılıb.

Movqe.az  xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, yazılanlar həqiqət deyil.

“Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb və digər dövlət qurumunda yüksək vəzifəyə təyin olunub. 

Özünüzdən uydurma məlumatlar yayaraq insanları ləkələməyin, belə məlumatlar yalnız böhtan mahiyyəti daşıyır. 
Sadəcə təəssüf!”

Qeyd edək ki, Kənan Quliyevin yerinə İlqar Mahmudov təyin edilib.