Həmyerlisini qisas məqsədilə qətlə yetirdi

6 Mart 2019 16:40 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağayəhya Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Movqe.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Şabran rayonunda baş verib. A.Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğlunu ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İlkin məlumata görə, qətl hadisəsinin başvermə səbəbi tərəflər arasındakı şəxsi münaqişə olub.

Belə ki, R.Əhmədov, təxminən, 20 il əvvəl A.Abbasovun bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu atasının evinə qaytarıb.

Sonradan A.Abbasovun bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən atasının evinə qayıdıb.

Bundan sonra Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, R.Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu bıçaqlayıb.