Məşhur gitarist vəfat edib

3 May 2013 16:29 (UTC+04:00)

Movqe.az xəbər verir ki, məşhur ağır metal qrupu Slayerin yaradıcılarından gitarist Cef Hanneman 49 yaşında dünyasını dəyişib. Ağciyər çatmazlığından vəfat edən Hanneman 2011-ci ildən bu yana hörümçək dişləməsi səbəbiylə bulaşan bir xəstəlik səbəbiylə müalicə alırdı. Slayerin spikeri Heidi Robinzon-Fitzgerald, Hannemanın Los Ancelesdəki bir xəstəxanada can verən yoldaşı Keytinin yanında olduğunu söyləyib. Məşhur gitaristin dəqiq ölüm səbəbi açıqlanmayıb.