Duman Bakı aeroportunun işinə təsir edib? - AÇIQLAMA

7 Mart 2019 09:15 (UTC+04:00)

Bakıda müşahidə olunan qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bu barədə Movqe.az-a aeroportdan bildiriblər.

Qeyd olunub ki, təyyarələrin uçuşu və enişi cədvələ uyğun həyata keçirilir:

“Təyyarələrin uçuşunda heç bir ləngimə yoxdur. Aeroport adi rejimdə işləyir”.