"Don Kixot"u bilmədiyinə görə vətəndaşlığı rədd edildi

3 May 2013 17:19 (UTC+04:00)
İspaniyada 2005-ci ildən bəri qanuni olaraq qalan Dominikan Respublikası vətəndaşı bir qadının, ispan vətəndaşlığına keçmək üçün etdiyi müraciət, inteqrasiya imtahanında verdiyi bir qisim cavablar üzündən rədd edilib. Movqe.Az-ın məlumatına görə, məşhur "Don Kixot" romanının yazıçısı Migel də Servantes haqqında bilməyən qadın, avtonom bölgələrdən olan Katalonyanı da İspaniyanın qonşu ölkələrindən biri olaraq göstərib. Almeria şəhərində açılan iddiada İspaniya Milli Məhkəməsi, həmin qadının vətəndaşlığını rədd edib və "İspan reallığına məlumat əskikliyini" səbəb göstərib. Məhkəmə qərarında, qadının bir işdə işləməsi və İber-Amerika cəmiyyətindən gəldiyi üçün təbii olaraq ispan dili danışığı yoxlanılıb və cavab olaraq,  "İki imtahan nəticəsində göstərir ki, əlaqədar şəxs İspaniyanın coğrafiyası, təşkilatları və mədəniyyətinin ən fundamental elementlərini bilmədiyi səbəbindən İspan cəmiyyətiylə kafi səviyyədə inteqrasiya təmin edə bilmədiyi mənasını gəlir." deyilib. "El Mundo" qəzetinin xəbərinə görə, şəxsin İspan vətəndaşı ola bilməsi üçün bütün şərtləri təmin etməsinə baxmayaraq, Kraliçanın adını və İspaniya bayrağının rənglərini bilməməsi mənfi bir qeyd kimi sənədlərə yazılıb. İspaniya Kralı və baş nazirin adlarını bilən Dominikan Respublikası vətəndaşının vəkili, müvəkkilinin dili bildiyini, ispan həyat tərzi və mədəniyyətinə tamamilə inteqrasiya olduğunu söyləyib. Buna oxşar bir vəziyyətdə olan Seneqalli Maqoun Ndoye, 15 ildir ki ailəsi ilə birlikdə İspaniyada yaşadığını, ancaq keçmiş baş nazir Jose Luis Rodrigez Zapateronun həyat yoldaşının adını bilmədiyi üçün vətəndaşlıq ala bilmədiyini qeyd edib.