Xəzər rayonunda 3 otaqlı ev yanıb

7 Mart 2019 10:37 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.

FHN-dən Movqe.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.