Xırdalanda binada yanğın: ölən var

7 Mart 2019 11:07 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.