"Bilirəm ki, səlahiyyət müddətim bitib" - Ombudsmandan ETİRAF

7 Mart 2019 13:21 (UTC+04:00)

"Bilirəm ki, mənim səlahiyyət müddətim bitib. Amma Konstitusiyada da qeyd edilib ki, yeni Ombudsman seçilənədək mən səlahiyyətlərimi davam etdirə bilərəm".
 
Movqe.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova deyib.
 
O bildirib ki, indi qərar prezidentindir: "Nə vaxt deyər ki, kifayətdir, onda mən də səlahiyyətlərimin icrasını bitirəcəm".