Problemli krediti olan vətəndaşların NƏZƏRİNƏ! - Nazirlikdən YENİ ADDIM

7 Mart 2019 14:26 (UTC+04:00)

Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi bölmə fəaliyyətə başlayıb.

Movqe.az xəbər verir ki, insanlar burada suallarını nazirliyə ünvanlaya bilərlər.

Bununla yanaşı, bölmədə fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə bağlı mümkün sualların cavabları əvvəlcədən yerləşdirilib.