Azərbaycanda sənaye məqsədli meşələr salınacaq

7 Mart 2019 16:06 (UTC+04:00)

Azərbaycanda sənaye məqsədli meşələr salınacaq.

Movqe.az-ın  məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

V.Kərimovun sözlərinə görə, ölkədə meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil:

"Elə ərazilər var ki, məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar".