Bakı metrosunda qadına qarşı CİNAYƏT

7 Mart 2019 19:54 (UTC+04:00)

Bakı Metropolitenində oğurluq etmiş şəxs tutulub.

Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.