Elmar Məmmədyarov İrana rəsmi səfərə yola düşüb

9 Mart 2019 09:00 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən Movqe.az-a verilən məlumatına görə, səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.