Bocciaçılarımız Xorvatiyada keçiriləcək Açıq Regional Çempionata hazırlaşırlar

9 Mart 2019 13:23 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bocciaçılarla görüşüb.

Nazir Prezident cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində ölkəmizdə paralimpiya hərəkatının gücləndiyini və böyük uğurlar qazandığını vurğulayıb. O bildirib ki, paralimpiya oyunları sırasına daxil edilmiş boccia idman növü üzrə də artıq ilk mühüm nailiyyələt əldə edilib. Ötən ilin oktyabr ayında İtaliyada keçirilən beynəlxalq səviyyəli Açıq Regional Çempionatda iştirak edən boccia idman növü üzrə komandamız həmin çempionatı bir qızıl, üç bürünc medalla başa vurub.

S.Babayev deyib ki, bu uğurlar bocciaçılarımızın Azərbaycan paralimpiyaçılarının müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələri davam etdirmək əzmini göstərir. İndi isə üç bocciaçımız - Bəhruz Mirzəyev, Zaur Veysəlov və Xəyal İslamov bu ay Xorvatiyada keçiriləcək beynəlxalq səviyyəli Açıq Regional Çempionata hazırlaşırlar.

Nazir hər üç paralimpiyaçıya uğurlar arzulayıb.

Sonra S.Babayev Mərkəzdə boccia idman növü ilə məşğul olan şəxslərin qalmaları, lazımi xidmətlərlə təmin olunmaları və məşq etmələri üçün yaradılmış şəraitlə, Xorvatiyada keçiriləcək beynəlxalq səviyyəli Açıq Regional Çempionata hazırlıq prosesi ilə tanış olub