Özünüməşğulluq proqramı üzrə daha 66 təlimçi hazırlanıb

9 Mart 2019 13:55 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramına müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesini davam etdirir.

Bu məqsədlə Sumqayıt, Gəncə, Yevlax, Göyçay, Beyləqan və Salyan rayonlarında növbəti təlim kursları keçirilib. Təlimlərdə BƏT-in bir çox ölkələrdə müvəffəqiyyətlə sınaqdan keçmiş metodologiyasından istifadə edilib. Ümumilikdə təlimdə 66 nəfər iştirak edib.

Onlara Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə baş təlimçisi tərəfindən “Öz biznesinə başla” proqramı çərçivəsində aidiyyəti mövzularda bilik və bacarıqlar öyrədilib.

Növbəti mərhələdə təlimlərin Bakı şəhəri üzrə təşkil edilməsi planlaşdırılı