Aleks "Fənərbaxça"nın məğlubiyyəti üçün "üzgünüm" dedi...

3 May 2013 17:17 (UTC+04:00)

"Fənərbaxça" futbol klubunun keçmiş kapitanı olan braziliyalı Aleks De Souza keçmiş komandasının "Benfika"ya məğlub olaraq UEFA Avropa Liqasının yarımfinalında mübarizəni dayandırmasına münasibət bildirib. Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki,  hazırda vətəni Braziliyada "Flaminqo"nun şərəfəini qoruyan təcrübəli futbolçu, öz twitter hesabından yayımladığı mesajda "üzgünüm" ifadəsini dilə gətirib. Təcrübəli futbolçunun bir cümlə ilə ifadə etdiyi münasibəti sosial şəbəkələrdə "Fənərbaxça" azarkeşləri tərəfindən qızğın müzakirəyə səbəb olub.

Mətləb Salahov