Hərbi hissələrdə ümumordu iməciliyi təşkil olunacaq

10 Mart 2019 12:04 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində martın 16-da ümumordu iməciliyi təşkil olunacaq.

Movqe.az xəbər verir ki, ərazilərdə təmizik işlərinin görülməsi, ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kollarının əkilməsi, həmçinin yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur.