Milli məclisin sədri ağacəkmə aksiyası keçirdi

10 Mart 2019 12:40 (UTC+04:00)

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Lənkəran rayonunda da davamlı xarakter alıb.

Movqe.az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli də istirahət günlərində Lənkəranda öz seçicilərilə birlikdə, əkin mövsümlərində ağacəkmə kompaniyası keçirir. Kampaniyanın əsas məqsədi ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunmasına xidmət edir.

Bu dəfə də Lənkəranın ayrı-ayrı ərazilərində, mart ayının ilk günlərində 500-ə yaxın dəmirağacı və şam ağacları əkilib. Həmçinin ərazi zibillikdən təmizlənib, digər ağaclara qulluq edilib.