Dişlər haqda nə bilirik?

3 May 2012 16:28 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, normal insanda həyatı boyu dişlər iki dəfə dəyişir: əvvəllər 20 süd dişi yaranır, sonra isə 32 əsl diş. Qeyd edək ki, "süd dişi" adlandılılmasını Hipokrat deyib. O düşünürdü ki, uşaqların ilk dişi məhz süddən yaranır.

Qəribədə olsa alinmlər sübut ediblər ki, şokoladın tərkibində olan kakao-tozunun tərkibində elə bir maddə var ki, kariesin yaranmasının qarşısını alır.

İlk elektrikli diş fırçası 2-ci Dünya Müharibəsindən sonra İsveçrədə patentləşdirilib. O, elektrik şəbəkəsi ilə işləyirdi.

Dünyada ən bahalı diş İsaak Hyutonun dişləri sayılırdı ki, 1816-cı ildə 3.300 $-a satılmışdı. Dişi alan aristokrat onu öz üzüyünə yerləşdirmişdi.

Yaxın keçmişdə diş protezləri Britaniya adalarında ən gözəl toy hədiyyələrindən sayılırdı. İnsanlar gözləyirdilər ki, tezliklə dişlərini itirəcəklər. Hətta çoxu cavan yaşda belə öz dişlərinin tökülməsini sürətləndirirdi.

Diş – insanın yeganə bədən üzvüdür ki, özünün bərpa kimi funksiyası yoxdur.Amma fillərdə dişlər 6 dəfəyə kimi böyüyə bilir.

Türkan Nadirqızı

Movqe.Az