Uşaqlar üçün şəkilli kitab təklifi

3 May 2013 18:07 (UTC+04:00)

İçində yazı olmayan şəkilli kitabların uşaqların dil inkişafına daha çox təsir edə biləcəyi bildirilib. Movqe.Az-ın məlumatına görə, "Waterloo" universitetindən elm adamlarının etdiyi araşdırma, bu cür kitablar sayəsində 18-25 aylıq uşaqların daha komplekssiz cümlə strukturlarını duyduğunu göstərib. Araşdırmaya imza atanlardan Daniela Oneill, valideynlərin ümumiyyətlə yazı ehtiva edən şəkilli kitabların "gerçək oxuma" sayılmadığını və ya yalnız əyləncə xarakteri daşıdığını düşündüyünü bildirib. Ancaq Oneill, bu cür kitabların uşaqlar üçün xüsusilə məktəbə başlama dövründə çox əhəmiyyətli ola biləcəyinə, kompleksli olan uşaqların danışığını asanlaşdıra biləcəyinə toxunub. "First Language" jurnalında nəşr olunan araşdırma nəticələrinin, valideynlər və pedaqoqlar üçün əhəmiyyət daşıdığını bildiriblər, çünki ümumiyyətlə satışa təqdim olunan yazılı kitabların daha təlimatçı olduğunun düşünüldüyü vurğulanıb. Oneill, hər cür kitabın, uşaqların dil bacarığında iştirak etdiyini, ancaq bunu müxtəlif yollarla etdiyini də bildirib.