Silahlı Qüvvələrin Baş Qərargah rəisi Bolqarıstana yola düşüb

11 Mart 2019 12:53 (UTC+04:00)

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə Movqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə həyata keçirilir.