Azərbaycan Ordusunun təlimləri zamanı ərazi kəşfi aparılıb (FOTO)

12 Mart 2019 13:00 (UTC+04:00)

Genişmiqyaslı təlimlərin planına uyğun olaraq, döyüş tapşırıqlarının aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsi məqsədi ilə real şəraitdə ərazinin kəşfi aparılıb.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, təlimlərin cəlb olunan birlik, birləşmə və digər qoşun növlərinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.