Dövlət Gömrük Komitəsinin Akademiyasında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

12 Mart 2019 14:28 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada Akademiyanın rəisi Qulu Novruzov, bu ali təhsil ocağının professor-müəllim heyəti və inzibati heyəti iştirak edib.

Akademiyanın inzibati binasının yerləşdiyi Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat-Maştağa şosesinin yol kənarına 100-dək müxtəlif ağac növləri əkilib.

Tədbir zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

Aksiya zamanı evkalipt, şam, eldar şamı, küknar, kiparis və digər ağac növləri əkilib.