ADAU daha bir nominasiyanın sahibi oldu

12 Mart 2019 18:29 (UTC+04:00)

Hələ xeyli əvvəldən bildirilmişdi ki, Azərbaycan Dövlət Aqrar Universiteti “Məktəbguşəsi.az” saytının “Hansı Universitetdə payız imtahan sessiyası şəffaf keçirilir” nominasiyalı sorğuda birinci yerə sahiblənib.

ADAU-nn mətbuat xidmətinin xəbərinə görə bu gün birinci yerin nominasiyası rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova təqdim olunub. Bu məqsəslə keçirilən toplandıda rektor İbrahim Cəfərov bildirib ki, təhsil müəssisəsinin bütün uğurları, bazar rəqabətli kadr hazırlığı ilk növbədə şəffaf təhsil mühitindən keçir. Şəffaflıq üçün isə şərait və baza olmalıdır ki, biz kollektiv olaraq gərəkən işləri görmüşük. Bununla yanaşı İbrahim Cəfərov son bir neçə ildə dövlətin dəstəyi ilə təhsil müəssisəsində həyata keçirilən işlərdən də ətraflı məlumat verib və deyib ki, cənab Prezident İlham Əliyevin aqrar təhsilin inkişafına böyük qayğısı, Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun dəstəyi var. Elə bu üzdən də ADAU indi beynəlxalq təhsil müəssisələri ilə rəqabət aparacaq bazaya, keyfiyyətli tədris prosesinə malikdir.

“Məktəbguşəsi.az” saytının baş redaktoru Məzahir Məmmədli çıxışında nominasiyalı sorğunun mahiyyətindən, gedişindən, səslərin sayından bəhs edib. Bildirib ki, sorğuda 11.485 nəfər iştirak edib, ADAU 1.829 səslə birinciliyi qazanıb. İkinci yerə İqtisad Universiteti, 3- cü yerə isə ADPU sahiblənib. Bu universitetlərin tələbə sayının ADAU-dan çox olduğunu nəzərə alsaq qələbənin səbəbləri daha məntiqli görünər.

Çıxış edən tələblər isə bu təhsil müəssisəsində keyfiyyətli təhsil üçün hər şəraitin yaradıldığını deyib, şəffaf mühitin olduğunu söyləyib.

Sonda Məzahir Məmmədli nominasiyanın İbrahim Cəfərova təqdim edib.

Əlihüseyn Şükürov.