Azərbaycan Ordusunun reaktiv artilleriya divizionları atəş mövqelərini tutublar-VİDEO

12 Mart 2019 15:34 (UTC+04:00)

Genişmiqyaslı təlimlərə cəlb edilən raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, təlimlərin niyyətinə uyğun olaraq, ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.